Bakıda gənc oğlanın boğazını kəsdilər


Bakının Nizami rayonunda yerləşən iri supermarketin sanitar qovşağında boğazı kəsilmiş 28 yaşlı oğlan tapılıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən supermarketlərin birində qeydə alınıb.

Marketin işçiləri sanitar qovşaqda bir nəfəri boğazı kəsilmiş halda aşkar ediblər. Yaralı xəstəxanaya çatdırılıb. Onun 1993-cü il təvəllüdlü İsmayılov Şakir Bəşir oğlu olduğu müəyyən edilib.

Hadisənin təfərrüatları polislər tərəfindən araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top