Rusiyada azərbaycanlını öldürən erməni ölkəsinə təhvil verildi


Rusiyada bir azərbaycanlının qətlinə görə 18 il həbs cəzası alan Arman Arakelyan dünən Ermənistana təhvil verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə vəkili Artur Daşyan məlumat verib.

Arakelyan cəzasının 6 ilini Rusiyanın Murmansk şəhərindəki həbsxanada çəkib, qalan 12 ilini isə ölkəsindəki təcridxanada keçirəcək.  Qeyd edək ki, 2014-cü ildə Rusiyada kafedə düşən mübahisə zamanı A.Arakelyan bir azərbaycanlını qətlə yetirib və 18 il həbs cəzasına məhkum edilib.

DİGƏR XƏBƏRLƏR

Top