Bakıda yük avtomobili 42 yaşlı kişini vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə “20 Yanvar” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, şəxsi avtomobilinə minmək istəyən 1979-cu il təvəllüdlü Səfərov Pərviz Yelmar oğlunu yük avtomobili vurub. Nəticədə 42 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top