Sumqayıt bulvarında intihara cəhdin qarşısı alındı


Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarda 1 nəfər vətəndaşın intihara cəhd etməsi barədə məlumat daxil olub.

FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Dalğıc-xilasetmə qrupunun ciddi səyləri nəticəsində vətəndaşın son anda suya atılmasının və intihara cəhdinin qarşısı alınıb.

DİGƏR XƏBƏRLƏR

Top