Novruz bayramı ilə əlaqədar bu gündən Bakı və Abşeron ərazisində üç fərqli ünvanda "Kənddən Şəhərə" yarmarkaları təşkil olunub.
Məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, yerli fermerlər üçün alternativ satış kanalı təşkil etməkdir.
Yeniavaz.com Xezerxeber.az-a istinadən xəbər verir ki, yarmarkalarda meyvələr müxtəlif qiymətə təklif olunur. Məsələn, almanın 1 kq-ı 1-1.50, nar 1.50 - 3, mandarin 2 - 2.50, portağal isə 2 - 2.50 manata təklif edilir.
Qırmızı ətin qiyməti isə 9 manatdan başlayır.
Bayram süfrələrini bəzəyən səmənilərin qiyməti isə 1-50 manat arasında dəyişir.
Bayramqabağı yarmarkalara üz tutan alıcıların qiymətlərlə bağlı fikirləri birmənalı deyil.
Qeyd edək ki, bayram yarmarkası martın 19-dək davam edəcək.