"Aİ-nin vaksinasiya strategiyasında səhvlərə yol verilib"


Avropa İttifaqının (Aİ) koronavirusa qarşı vaksinasiya strategiyası çərçivəsində peyvəndlərin sifarişi məsələsində səhvlərə yol verilib.

Yeniavaz.com xəbər verir ki, bunu "Tagesspiegel AM Sonntag" qəzetinə müsahibəsi zamanı Avropa Komissiyası rəhbərinin müavini Frans Timmermans deyib.

"Doğrudur ki, həm Brüssel, həm də üzv dövlətlər tərəfindən peyvəndlərin sifarişində səhvlərə yol verilib. Lakin tələsmək lazım deyil. Pandemiya bitəndən sonra nəyin səhv və nəyin düzgün edildiyini görə biləcəyik", - F.Timmermans qeyd edib.

Onun sözlərinə görə, peyvəndlərin birgə sifarişi doğru addım idi, lakin bu razılaşma daha çox Almaniya kimi zəngin ölkələrin maraqlarına cavab verirdi.

DİGƏR XƏBƏRLƏR

Top