Cəlilabadda şəhid məzarları suyun içindədir: “Heç kim tədbir görmür” – VİDEO


Cəlilabadda şəhid məzarlarının suyun içində qalmasını əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, kadrları lentə alan şəxs, hər il eyni halın baş verdiyini, rayondakı səahiyyətli şəxslərin məsələdən xəbərdar olduqları halda heç bir tədbir görmədiklərini bildirir. O, qış aylarında yağıntıların artması səbəbilə, şəhid məzarlarının yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin borularında yaranan problemdən ötrü bu halın baş verdiyini deyir.
Həmin kadrları təqdim edirik:
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

DİGƏR XƏBƏRLƏR

Top