Azərbaycanda qan pulla alınmalıdırmı?

“Bu günədək Mərkəzi Qan Bankına pulla qan verən olmayıb".

Bunu B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva deyib.

Onun sözlərinə görə, Azərbaycanda donorluq da pulsuzdur: "Əgər donor qan verirsə, qarşılığında heç nə almır. Bu hal yalnız özəl xəstəxanalarda ola bilər. Ancaq dövlət tibb müəssisələrinə verilən qan pulsuzdur. Əgər kimsə qanın alqısı-satqısı ilə məşğul olursa, bunun bizə heç bir aidiyyəti yoxdur. Yaxud da kimsə kənardan donora pul verib gətirə bilər. Bu da tamam başqa məsələdir. Təbii ki, pul qarşılığında qan verən şəxs öz xəstəliklərini gizlədə bilər. Ancaq təmənnasız donorun məqsədi təmiz olur və hansısa xəstəliyini gizlətmir”.

Z.Əlmirzəyeva bildirib ki, hazırda 62 rayonda həkim briqadaları fəaliyyət göstərir: “Mütəmadi şəkildə qanvermə aksiyaları təşkil olunur və qan yığılır. Həmin qanların çox hissəsi də talassemiyadan əziyyət çəkən insanlara vurulur. Çünki onlara ayda iki-üç dəfə qan vurmaq lazımdır. Xəstəxanalarda isə qan vermək üçün donor lazım olduğu bildirilir. Buna səbəb qan ehtiyatının daim yenilənməsidir. Çünki qanın saxlanma müddəti 30 və ya 42 gündür. Mərkəzi Qan Bankının qan ehtiyatı da kifayət qədərdir. Aprel hadisələrində qan lazım olanda həmin ehtiyat qanlarından istifadə olunub. Buna baxmayaraq, insanlar çağırış və müraciətlər olmadan könüllü şəkildə qan verirdilər”.Report

DİGƏR XƏBƏRLƏR

Top