Ermənilər İkinci Qarabağ Müharibəsi barədə daha bir qalmaqallı açıqlama yaydı


Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İkinci Qarabağ Müharibəsi barədə açıqlama verib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, Qriqoryan verdiyi müsahibəsində sabiq baş qərargah rəisi Onik Qasparyanın müharibə barədə dediyi fikirləri təkzib edib. Onun sözlərinə görə, Ermənistanda heç kəs oktyabr ayının sonlarına qədər İkinci Qarabağ Müharibəsinin bitməsini təklif etməyib:
"Baş qərargah rəisi iclasda hərbi vəziyyəti təqdim etdi, uğursuzluqlarımızdan danışdı. Cəbhədəki hərbi vəziyyətlə bağlı isə bildirdi ki, ordu ona verilən tapşırıqları yerinə yetirməyə davam edir. Bir daha vurğulayıram həmin görüşdə heç kim müharibəni dayandırmağı təklif etmədi. Müharibənin dayandırılamsı barədə ilk dəfə 19 oktyabr Təhlükəsizlik Şurasının iclasında müzakirə edildi. 2-3 gün sonra dayandırılacağı bildirildi, ancaq, bundan sonra müharibə daha 20 gün davam etdi”.
Qeyd edək ki, Ermənistan ordusunun baş qərargah rəisi Onik Qasparyan açıqlama verərək bildirmişdi ki, onun müharibənin dayandırılması barədə təklifi dəyərləndirilməyib.
 

DİGƏR XƏBƏRLƏR

Top