Saxlanılan AXCP üzvü ilə bağlı DİN-dən AÇIQLAMA


Daxili İşlər Nazirliyi Orduya dəstək yürüşündə iştirak edən AXCP üzvü Laçın Vəliyevin əsassız yerə saxlanılması barədə sosial şəbəkədə yayılan iddialara münasibət bildirib.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, DİN Mətbuat xidmətindən L. Vəliyevin dələduzluqda təqsirləndirilərək saxlanıldığı bildirilib:
"Saxlanılan şəxslər konkret törətdikləri əmələ görə saxlanılırlar. O ki qaldı vətəndaş Laçın Vəliyevə, bildiririk ki, dörd vətəndaş polisə müraciət edərək Bakı şəhərinin Yeni Ramana qəsəbəsində ev və torpaq alqı-satqı fəaliyyəti ilə məşğul olan Laçın Vəliyev ad-soyadlı şəxsin onların ümumilikdə 32 min 600 manat olmaqla ayrı-ayrılıqda 7 min, 11 min, 10 min və 4 min 600 manat pullarını ev və torpaq sahəsi satacağı adı ilə mənimsəyərək dələduzluq etməsini bildiriblər.
İlkin araşdırmalarla L.Vəliyevin həmin vətəndaşlara qarşı dələduzluq əməli törətməsi müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla təkrar törədilən dələduzluq) maddələri ilə cinayət işi başlanılaraq istintaq tədbirləri davam etdirilir.
Martın 11-də Laçın Vəliyev saxlanılaraq istintaqa cəlb edilib. Lakin vətəndaşlardan mənimsədiyi vəsaiti tezliklə qaytaracağı vədini nəzərə alan müstəntiq L.Vəliyevin polisin nəzarətinə verilməklə martın 13-də, qanunla müəyyən edilmiş 48 saat ərzində sərbəst buraxılması barədə qərar qəbul edib".

DİGƏR XƏBƏRLƏR

Top