Avtomobilində silah-sursat gəzdirən şəxs saxlanılıb - FOTO


Hövsanda avtomobilində qumbara gəzdirən şəxs polislər tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbaut xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Hövsan qəsəbəsində idarə etdiyi avtomobildə silah-sursat saxlayan şəxs saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Lazımov idarə etdiyi “Saipa” markalı nəqliyyat vasitəsi ilə birlikdə tutulub. Onun avtomobilinə baxış zamanı 1 ədəd  tapança və 1 ədəd alışqanı ilə birlikdə “F1” qumbarası aşkar olunaraq götürülüb.

Faktla bağlı 30-cü Polis Şöbəsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top