Əfqanıstanda polis bölməsinə bombalı hücum – 8 ölü, 53 yaralı


Əfqanıstanın qərbində yerləşən Herat vilayətində polis bölməsinə hücum təşkil edilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Herat valisi Sayed Vahid Katali məlumat verib. Məlumatda deyilir ki, hadisəyə səbəb bomba yüklü avtomobilin partladılması olub. Partlayış nəticəsində mülki şəxslər daxil olmaqla 8 nəfər həlak olub, 53 nəfər yaralanıb. Onlardan 6-sının vəziyyətinin ağır olduğu qeyd edilib. Partlayışın şiddətindən ərazidəki bir çox evə zərər dəyib. Hücumun məsuliyyətini hələ heç bir terror təşkilatı öz üzərinə götürməyib. 
Qeyd edək ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen “Taliban”ı ittiham edib.

DİGƏR XƏBƏRLƏR

Top