Ata Abdullayev hansı qurum tərəfindən saxlanılıb? - DİN və Baş Prokurorluqdan AÇIQLAMA


Xəbər verdiyimiz kimi, ötən gün mətbuatda özünü videobloger kimi təqdim edən Ata Abdullayevin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluqla əlaqə saxladıq. Hər iki qurumdan Yeniavaz.com-a bununla bağlı heç bir məlumatlarının olmadığı bildirildi. Bununla yanaşı Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Ombudsman Aparatı ilə əlaqə saxlasaq da zənglərimiz cavabsız qaldı.
Qeyd edək ki, A.Abdullayevin məmurları şantaj edərək onlardan külli miqdarda pul aldığına görə saxlanıldığı iddia edilir.

DİGƏR XƏBƏRLƏR

Top