Fələstin Əmək naziri Nəsri Əbu Ceyş İsrailin hərbi müdaxiləsi nəticəsində yüngül yaralanıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirin qardaşı Nablus Əbu Ceyş məlumat verib. Nablus qeyd edib ki,nazir qərbi Şəriyədə salınan yəhudi məskənlərinə qarşı keçirilən etiraz vaxtı xəsarət alıb. Nəsri Əbu Ceyş xəstəxanada ilkin tibbi yardım aldqdan sonra evə buraxılıb. Məsələ ilə bağlı nazir və Fələstinin səlahiyətliləri tərəfindən heç bir məlumat verilməyib.
Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər yaralanıb, onlarla etirazçı saxlanılıb.