Corc Floydun ailəsinə külli miqdarda təzminat ödəniləcək


Ötən il polis tərəfindən saxlanılarkən öldürülən qaradərili Corc Floydun ailəsinə 27 milyon dollar təzminat ödənəcək. 
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu qərarı Minepolis Bələdiyyə Məclisi təqsdiqlədiyini bildirib. Corc Floydun vəkili Ben Kramp isə açıqlama verib ki, sözügedən məbləğ bu vaxta kimi məhkəmədən əvvəl razılaşdırılmış ən böyük məbləğdir. Mərhumun ailəsi məbləğdən razı qaldıqlarını və həmin pulun 500 minini Floydun öldürüldüyü yerin bərpasına xərcləyəcəklərini bildiriblər.
Qeyd edək ki, 46 yaşlı afro-amerikalı Corc Floyd 2020-ci il 25 may tarixində Minnesota ştatının Minepolis şəhərində saxlanılarkən polis Derek Çavenin sərt şəkildə dizi ilə onun boynunu sıxması nəticəsində ölmüşdü.

DİGƏR XƏBƏRLƏR

Top