Türkiyə vətəndaşı Bakıda qəza törətdi: Xəsarət alanlar var - FOTOLAR

Bakının Sabunçu rayonunda avtomobil qəzası zamanı iki nəfər xəsarət alıb.

Hadisə Maştağa qəsəbəsində baş verib.

50-DX-778 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobili idarə edən Kemal Çalkıcı sükana nəzarəti itirib. Nəticədə avtomobil körpüdən aşıb. 

Qəza nəticəsində sürücü K.Çalkıcı və sərnişin Taner Akbaş ağır bədən xəsarətləri alıb. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Sabunçu RPİ-nin 14-cü Polis Bölməsindən verilən məlumata görə, sürücü və sərnişin sərxoş vəziyyətdə olub.



APA

DİGƏR XƏBƏRLƏR

Top