Yusif İldırımzadənin qaynının öldürülməsi ilə bağlı məhkəmə başlayır


Bakıda qətl törətməkdə təqsirləndirilən Elmar Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 24-də paytaxtın Nərimanov rayonu ərazisində baş verib.1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyiti aşkarlanıb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Qətli törətməkdə təqsirləndirilən Hüseynov Elmar Elman oğluna Cinayət Məcəlləsinin 120.2.4-cü ((xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, qətlə yetirilən T.Tağıyev Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadənin qaynıdır. Yusif İldırımzadə isə sabiq Daxili İşlər Naziri Ramil Usubovun qudasıdır. 

DİGƏR XƏBƏRLƏR

Top