İctimai nəqliyyat həftəsonu işləməyəcək - XATIRLATMA

Bu gündən martın 15-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Yeniavaz.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Bununla əlaqədar 13 mart saat 00:00-dan 15 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top