İmtahan tarixləri barədə yayılan məlumatlarla bağlı DİM-dən AÇIQLAMA


“Hazırda sosial şəbəkələrdə buraxılış (qəbul) imtahanlarının tarixləri ilə bağlı yanlış məlumatlar paylaşılır”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığı açıqlamada deyilir.

“Nəzərinizə çatdırırıq ki, imtahan tarixləri dəqiq müəyyən olunduqdan və müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq və Mərkəzin dim.gov.az saytında yerləşdiriləcək. İmtahan tarixləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məlumatlar həqiqəti əks etdirmir.

Qeyd olunan məsələlərlə bağlı yalnız Dövlət İmtahan Mərkəzinə məxsus informasiya resurslarını izləməyi  tövsiyə edirik”, - deyə DİM-in açıqlamasında qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top