KİV: Ata Abdullayev reketlik etdiyinə görə saxlanılıb


Özünü videobloger kimi təqdim edən Ata Abdullayev saxlanılıb.

Yeniavaz.com Sabah.az-a istinadən xəbər verir ki, Ata Abdullayev bu gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Ata Abdullayevin hansı maddə ilə ittiham olunduğu hələlik bəlli deyil. Unikal.org-un məlumatına görə isə, A.Abdullayev məmurları şantaj edərək külli miqdarda pul alırmış. O, çoxsaylı şikayətlər əsasında iş başında saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top