Qarabağda radio açmaq istəyən iddiaçıların adları AÇIQLANDI - SİYAHI


Milli Televiziya və Radio Şurasının Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral-12 martadək elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib.

İddiaçılar aşağıdakılardır:

- "Real Təhlil İnformasiya Mərkəzi" MMC;

- "Caspian İnternational Broadcasting Company" MMC;

- "Balans Studiyası" MMC;

- "İNS ÇM" MMC;

- "İsti Press" MMC

- "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası

- "ARB 24" MMC

"Televiziya və radio yayımı haqqında" qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top