Almaniyada deputat Azərbaycan və daha iki ölkəyə görə istefa verdi


Öz qəzetində Azərbaycan, Tayvan və Vyetnama aid turizm reklamları yerləşdirən Almaniyanın Xristian Demokrat İttifaqının üzvü Mark Hauptman istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Deutsche Welle” agentliyi məlumat yayıb. 
M. Hauptman öz ölkəsində Azərbaycan və bəzi digər ölkələr üçün pul alaraq lobbiçilik fəaliyyəti ilə məğul olmaqda ittiham olunur.
Agentliyin yaydığı məlumatda bildirilir ki, parlamentin nümayəndəsi özünün nəşr etdiyi “Südthüringer Kurier” adlı yerli qəzetdə Azərbaycan, Tayvan və Vyetnama aid turizm reklamları yerləşdirib.
M. Hauptmann mətbuata açıqlamasında, bu addımın onun siyasi qərarlarına heç vaxt təsir göstərmədiyini bildirib və üzləşdiyi tənqidə görə istefa verdiyini deyib.
Qeyd edək ki, açıq internet resurslarında M. Hauptmanın həm Almaniya, həm də Azərbaycan mətbuatına Azərbaycan haqqında müsbət fikirlər səsləndirdiyi onlarla məqalə var.
 

DİGƏR XƏBƏRLƏR

Top