8 ayda bu ölkənin iki baş naziri öldü - Hər ikisinin ölümündə bənzər məqamlar var


Fil Dişi Sahili Respublikasının baş naziri Hamed Bakayoko dünyasını dəyişib.
Yeniavaz.com
NTV-yə istinadla xəbər verir ki, baş nazir Hamed Bakayokonun 10 martda ölümündən sonra ölkədə 8 günlük matəm elan olunub.
Xatırladaq ki, 56 yaşlı baş nazir səhhəti ilə əlaqədar 18 fevralda xüsusi təyyarə ilə Fransanın paytaxtı Parisə getmişdi. Martın 6-da xərçəng müalicəsi üçün Fransadan Almaniyaya köçürüldü və 10 martda Almaniyada dünyasını dəyişdi.
Bu hadisədən təxminən 8 ay əvvəl də Fil Dişi Sahili Respublikasında bənzər bir ölüm hadisəsi yaşanmışdı.
Belə ki, Bakayokodan əvvəl həmin respublikanın baş naziri  olmuş Amadou Qon Colibali də müalicəyə getdiyi Fransadan qayıtdıqdan qısa müddət sonra 8 iyul 2020-ci ildə dünyasını dəyişmişdi.

DİGƏR XƏBƏRLƏR

Top