Mingəçevirdə qarın fəsadları aradan qaldırılır


Mingəçevirdə qarın törətdiyifəsadlar aradan qaldırılır. 

Yeniavaz.com xəbər verir ki, şəhərin bir neçə ünvanında iri gövdəli ağaclar kökündən qoparaq aşıb. Şəhər sakinləri bildirib ki, əvvəlcə güclü külək, ardından isə qar yağmağa başlayıb. Mart ayında Aran bölgəsində o qədər də sərt soyuqlar olmasa da bu il fərqli olub. Qeyri-sabit hava nəticəsində şəhərin bir neçə küçə və prospektlərində, parklarda ağaclar aşıb. Elektrik enerjisnin verlişində fasilələr yaranıb. Mingəçevir şəhəri İcra Hakimiyyətindən verilən məlumata görə fəsadlar aradan qaldırılıb, elektirikin verlişi bərpa olunub. Bildirilib ki, səhər saatlarında hava mülayimləşdiyindən qar əriməyə başlayıb. Bu səbəbdən yollarda hər hansı çətinlik yaranmayıb. Həmçinin elektrik xəttlərinə toxunan ağaclar budanıb, onların yenidən fəsad törətməməsinə çalışıblar. 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top