Vətən müharibəsinin şəhidi Niyazi İsgəndərovun ailəsinə üçotaqlı mənzil verildi - FOTO


Vətən Müharibəsində şücaətlər göstərmiş və döyüşlərin birində ağır yaralanaraq şəhid olmuş çavuş Niyazi İsgəndərovun ailəsinin mənzil-məişət şəraitinin ağır olması səbəbindən ailənin yeni mənzillə təmin olunması məsələsi diqqətdə saxlanıb. 
Yeniavaz.com
xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaşlarından olan “AS Group İnvestment” MMC şirkəti artıq bu istiqamətdə dəstəyini göstərib: Mingəçevir şəhərindəki yataqxanada yaşayan şəhid ailəsinə şirkət tərəfindən həmin şəhərdəki “Park Residence” yaşayış binasından 3 otaqlı mənzil hədiyyə edilib.
Şirkətin və Nazirliyin nümayəndələri şəhidin ailəsilə görüşərək onlara mənzil sənədlərini təqdim ediblər. Yeni mənzilin tam təmiri və bütün lazimi avadanlıqlarla təchizatını da şirkət öz üzərinə götürüb.
Şəhid çavuş Niyazi İsgəndərov hələ 2016-cı il aprel döyüşlərində qəhrəmanlığı ilə fərqlənib və Vətən müharibəsi başlayan gündən də döyüşlərə qatılıb. Oktyabrın 5-də Suqovuşanda ağır yaralanaraq şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə İsgəndərov Niyazi Şahvələd oğlu “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin ailəsinə aylıq sosial ödənişlərin təyinatı da həyata keçirilib və ailənin yaşayışı bundan sonra da diqqətdə saxlanacaq.





 

DİGƏR XƏBƏRLƏR

Top