Gürcüstanda birinci xanımın qardaşı həbs edildi

Gürcüstanda odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasına görə ölkənin birinci xanımı Maki Çiçuanın qardaşı Mixail Mqaloblişvili həbs edilib. “Yenivaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu məlumatı prezident Georgi Marqvelaşvilinin ailəsi hələ şərh etməyib. M. Mqaloblişvili keçmiçdə üç dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə o, qrup şəklində qətldə iştiraka görə 17 il azadlıqdan məhrum edilmişdi, lakin prezidentin əvf olunan siyahısına düşərək 2015-ci ildə sərbəst buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top