Xəstəliyə səbəb olduğu deyilən bu peyvəndlə bağlı ÜST-dən AÇIQLAMA


İngiltərə-İsveç ortaq istehsalı olan “AstraZeneca” peyvəndi barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Marqaret Harris hazırda peyvəndlə bağlı araşdırmaların aparıldığını deyib:
“Peyvənd Təhlükəsizliyi üzrə Məsləhət Komitəsi hazırda “AstraZeneca” peyvəndi vurulanlarda damarlarda tromb əmələ gəlməsi faktlarını araşdırır. Bu xəstəliyin peyvəndlə əlaqəli olub-olmaması hələlik dəqiqləşməyib”.
Qeyd edək ki, bir neçə ölkədə “AstraZeneca” peyvəndi vurulan şəxslərdə qan laxtalanması əmələ gəlib. Bu səbəblə Danimarka, İslandiya, Norveç, Yaponiya və Tayland “AstraZeneca” peyvəndindən istifadəni müvəqqəti olaraq dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top