
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında diplomatik səviyyədə münasibətlərin bərpa olunduğunu elan edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çavuşoğlu açıqlamasında bildirib ki, Türkiyə Misirlə kəşfiyyat qurumları və xarici siyasət idarələri səviyyəsində təmasdadırlar:
“Münasibətlərimiz uzun illər əvvəl kəsilmişdi və bu səbəbdən bir gün içərisində heç bir şey olmamış kimi münasibətləri düzəltmək mümkün deyil. Bunun üçün ardıcıl iclaslar keçirmək, yol xəritəsi müəyyənləşdirmək və bununla bağlı hərəkət etmək lazımdır".
Qeyd edək ki, 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra Türkiyə ilə Misir arasındakı münasibətlər kəskin şəkildə pisləşmişdi.