Azərbaycanda pensiya alanların sayı sürətlə azalır – MDB-də sonuncu olduq… – CƏDVƏL


Məlum olduğu kimi, bu ildən etibarən Azərbaycanda kişilərdə pensiyaya çıxmaq yaşı 65 yaş olacaq. Qadınlarda isə 2027-ci ilədək hər il altı ay artırılaraq 65 yaşa çatdırılacaq.
Yeniavaz.com xəbər verir ki, pensiya yaşının artırılması ölkədə pensiya alanların da sayınız azalmasına səbəb olub.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2006-cı ildə Azərbaycanda hər 1000 nəfərin 162-si pensiya alıb. Ötən il bu göstərici 128-ə düşüb. Yəni, son 14 il ərzində Azərbaycanda hər 1000 nəfərə düşən pensiyaçıların sayı 21% azalıb.
Müqayisə üçün bildirək ki, MDB ölkələrində pensiya alanların sayı Azərbaycanla müqayisədə daha çoxdur.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə son 14 ildə MDB ölkələrində pensiya alanaların sayı (hər 1000 nəfərə düşən say) aşağıdakı kimi dəyişib.
  2006-cı il 2020-ci il Fərq
Rusiya 268 297 10,8% artıb
Qırğızıstan 116 125 7,7% artıb
Belarus 250 267 6,8% artıb
Qazaxıstan 156 157 0,6% artıb
Ermənistan 166 158 4,8% azalıb
Azərbaycan 162 128 21% azalıb

DİGƏR XƏBƏRLƏR

Top