Yaponiyada koronavirusun daha bir ştamı aşkarlandı


Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi ölkədə COVİD-19-un yeni ştamının aşkarlandığını bildirib. 
Yeniavaz.com
xəbər verir ki, Yaponiyada tapılan koronavirusun yeni ştamının Filippinlərdən ölkəyə gələn bir nəfərdə aşkarlanıb. Bu barədə “Kyodo” agentliyi məlumat verib. Nazirlik rəsmilərinin sözlərinə görə, bu ştam İngiltərə, Cənubi Afrika və Braziliyada  tapılan koronavirus mutasiyaları qədər təhlükəlidir. 
Verilən məlumatlara görə, bu səbəblə Yaponiyada yerli və xarici vətəndaşlara yeni viza verilməsinə qadağa qoyulub . 
Qeyd edək ki, Yaponiyada bu günə qədər 443 min 1 nəfər koronavirusa yoluxub, 8 min 402 nəfər isə həmin xəstəlik səbəbilə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top