Azərbaycana minalanmış ərazilərin xəritəsini verdiyi deyilən şirkət açıqlama yaydı


Azərbaycana və Türkiyəyə Qarabağda minalanmış ərazilərin xəritəsini verdiyi bildirilən "HALO Trust” açıqlama yayıb.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, İngiltərə-Amerika ortaq şirkəti "HALO Trust” barələrində deyilən iddiaları rədd edib:
"HALO Trust”, siyasi olmayan, bitərəf bir təşkilat olaraq dünyanın münaqişə bölgələrində işləyir. Haqqımızda verilən açıqlama yalandır".
Xatırladaq ki, Qarabağdakı separatçıların başçısı Arayik Harutyunyanın köməkçisi Boris Avaqyan "HALO Trust” adlı şirkətin Azərbaycana məlumat ötürdüyünü iddia edib. Avaqyan bildirib ki, həmin şirkət, Qarabağda emrəni ordusu tərəfindən minalanmış ərazilərin xəritəsini Azərbaycana və Türkiyəyə verib. Bu da Azərbaycan Ordusunun daha rahat şəkildə ərazini keçməsinə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top