
3 gün ərzində əvvəlcə atasını, daha sonra isə anasını itirən azərbaycanlı skripka ifaçısı, əməkdar artist Səlim Abbasov valideynlərinin ölümündə həkimləri ittiham edib və onları qeyri-peşəkar adlandırıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkələr vasitəsilə yaydığı videoda bildirib. Musiqiçi, valideynlərinin şəkərli diyabetdən əziyyət çəkdiyini deyib və onların koronavirusa yoluxmadığını iddia edib. S. Abbasov onun adından istifadə edib koronavirusun təbliğ edildiyini bildirib.