Rusiyalı veloyürüşçü Kirill Pozdnyakov Azərbaycan vətəndaşlığını qəbul edib. “Yeniavaz.com”un “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə idmançının iştirak etdiyi “Synergy Baku” komandasının “Facebook” akkauntunda deyilir. Məlumatda deyilir: “Biz 2017-ci il üçün komandanın tərkibini daha sonar elan edəcəyik, lakin hazırda bir böyük xəbərimiz var: Kirill Pozdnyakov komanda ilə qaldı və Azərbaycan vətəndaşlığını qəbul etdi”. K. Pozdnaykov 2014 və 2015-ci illər mövsümündə Rusiyanın “Qazprom-RusVelo” komandasında çıxış edib. O, peşəkar karyerasında 4 yürüşdə qalib olub. Xatırladaq ki, 2016-cı ilin iyulunda rusiyalı futbolçu Ramil Şeydayev də Azərbaycan vətəndaşlığını qəbul etmişdi.