Polad Bülbüloğlu Lavrova təşəkkür məktubu göndərib


Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu xarici ölkə diplomatlarının peyvənd edilməsinə görə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrova təşəkkür məktubu göndərib.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib:
"Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov, Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlundan təşəkkür məktubu alıb. Məktubda vurğulanır ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin təşəbbüsünü dərin hörmətə qarşılayır. Bu addım bütün diplomatik korpuslar tərəfindən yüksək qiymətləndirilir".
Xatırladaq ki, 19 fevralda Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti, peyvəndləmədə iştirak etmələri üçün Rusiyadakı bütün səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə dəvət göndərmişdi.

DİGƏR XƏBƏRLƏR

Top