Qarlı hava Mingəçevirdə fəsadlara yol açıb


Gecədən səhərə qədər yağan güclü qar çoxsaylı problemlər yaradıb.
Yeniavaz.com
xəbər verir ki, şəhərin İslam İslamzadə, Nəriman Nərimanov küçələrində, eləcə də, Aydın Məmmədov küçəsi ilə 20 Yanvar küçələrinin kəsişməsində iri gövdəli ağaclar qoparaq nəqliyyat yoluna və piyadalar üçün nəzərdə tutulmuş səkilərə düşüb. Nəticədə nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.
Bununla yanaşı, şəhər təsərrüfatına məxsus yük maşınlarından biri sürüşərək elektrik dirəyinə çırpılıb.
Aidiyyəti qurumun əməkdaşları fəsadların aradan qaldırılması üçün ərazilərə cəlb olunub.

Qeyd edək ki, Yevlaxda da qarlı hava şəraiti  yol-nəqliyyat hadisəsinin  baş verməsinə səbəb olub. Belə ki, Hacıselli-Xaldan avtomobil yolunda “Toyota” markalı minik maşını sürüşərək yoldan çıxıb və su arxına  düşüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top