İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti “Konstra” MTK barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiasını Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyeva araşdıracaq.
Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin açıqladığı məlumata görə “Konstra” MTK hazırda dövlət büdcəsinə böyük həcmdə – 73 min 326 manat 21 qəpik vergi borcu var.
“Konstra” MTK 25.01.2018-cü ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Binəqədi rayonu, Əcəmi Naxçıvani, ev 18A, m.63-də yerləşən MTK-nın nizamnamı kapitalı 100 manat təşkil edir. MTK-nın qanuni təmsilçisi Abbaslı Bəsrət Bəhram oğludur.
Qeyd edək ki, Abbaslı Bəsrət Bəhram oğlunun atası Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Abbaslı Bəhram Yaqub oğludur. Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən “Konstra” MTK ilə bağlı araşdırma başlanılıb. Bu araşdırmalardan sonra Abbaslı Bəhram Yaqub oğlunun Hesabpama Palatasındakı işindən çıxarıldığı bildirilir. Onu da bildirək ki, daha əvvəl mətbuatda Hesablama Palatasının sabiq şöbə müdirinin çoxsaylı mülklərə sahib olması ilə bağlı məlumatlar yayılıb. Hətta 2018-ci ildə Abbaslı Bəhram Yaqub oğlu ilə tanınınmış tikinti şirkətlərindən biri olan “Svit Haus” MMC arasında məhkəmə qarşılaşması olub.