Sosial şəbəkə proqramlarından biri olan “TikTok” Pakistanda qadağan edilib.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, Pakistan Ali Məhkəməsinin qərarından sonra ölkədə istifadəçilərin “TikTok”da video paylaşmasına və həmin proqramdan istifadəsinə məhdudiyyətlər tətbiq edilib.
Pakistan Ali Məhkəməsinin hakimi Qaiser Rəşid Xan “TikTok”a yüklənən videoların Pakistan cəmiyyəti üçün qəbul edilməz olduğunu bildirib. Qeyd edək ki, ötən aylarda Hindistanda da “TikTok”a qadağa qoyulmuşdu.
Sara Əhmədzadə