Daha bir ölkə “AstraZeneca” peyvəndindən istifadəni dayandırdı - SƏBƏB


Tayland baş naziri Prayut Çan Oça İngiltərə-İsveç birgə istehsalı olan “AstraZeneca” peyvəndinin istifadəsini dayandırdıqlarını açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Tayland hökumətinin bu qərarı  Krallığın Səhiyyə Nazirliyi tərəfindən elan edilib:
"Biz “AstraZeneca” peyvəndinin zərərli olduğunu demirik. Sadəcə, peyvəndlə bağlı hər hansı bir problemin olub-olmadığını araşdırmaq üçün istifadəni dayandırırıq".
Qeyd edək ki, bir neçə ölkədə “AstraZeneca” peyvəndi vurulan şəxslərdə qan laxtalanması əmələ gəlib. Bu səbəblə Danimarka, İslandiya və Norveç “AstraZeneca” peyvəndindən istifadəni müvəqqəti olaraq dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top