Şirvanda debat təlimi baş tutub

Şirvan "İstək" Liseyinin və Mingəçevir Regional Debat mərkəzinin təşkilatçılığı ilə “Milli Debat” proqramının təqdimatı və “Karl Popper” formatında debat təlimi keçirilib. Tədbiri giriş sözü ilə açan Şirvan "İstək" Liseyinin layihə rəhbərinin tərbiyə işləri üzrə müavini Elçin Əsgərov iştirakçılara tədbirin mahiyyəti haqqında ətraflı məlumat verib. Daha sonra Mingəçevir Regional Debat Mərkəzinin sədri, təlimçi Etiram Sadıqzadə tərəfindən şagirdlərə “Milli debat” proqramının gördüyü işlər, qazandığı uğurlardan danışıb və “Karl Popper” formatında debat təlimi keçirilib. Təlimin sonunda şagirdlərin sualları cavablandırılıb.

Qeyd edək ki, debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Proqramın təklif etdiyi bir sıra formatlarda təşkil olunan debat təlimləri və raundları vasitəsi ilə məntiqi davamlılıq, araşdırma bacarığı, auditoriyaya emossional müraciət, inandırma qabiliyyəti gənclərə öyrədilir. Bu, gənclərin təhsil proqramı və bir intellektual komanda oyunudur. O da qeyd olunub ki, təlim "İstək" Liseyləri arasında keçiriləcək.

Esmira Hidayətova

DİGƏR XƏBƏRLƏR

Top