“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir


Havaların kəskin soyuyacağı, qar və sulu qar yağacağına dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatla əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Yeniavaz.com bu barədə quruma istinadən xəbər verir.

"Bakıda və regionlarda gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Həmçinin ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib. İstehlakçılar elektrik enerjisi təchizatı ilə əlaqədar qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən və bütün ölkə ərazisini əhatə edən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar", - deyə səhmdar cəmiyyəti bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top