Arayikin köməkçisi: "Bu şirkət Qarabağda minalanmış ərazilərin xəritəsini Azərbaycana verib"


Qarabağdakı separatçıların başçısı Arayik Harutyunyanın köməkçisi Boris Avaqyan yeni iddia ilə çıxış edib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, Avaqyan Qarabağda separatçıların nəzarətində olan ərazidə “xeyriyyə” işi ilə məşğul olan ingilis şirkətinin Azərbaycana məlumat ötürdüyünü iddia edib. Avaqyan bildirib ki, "HALO Trust" adlı şirkət, Qarabağda emrəni ordusu tərəfindən minalanmış ərazilərin xəritəsini Azərbaycana verib. Bu da Azərbaycan Ordusunun daha rahat şəkildə ərazini keçməsinə səbəb olub.
Məlumat üçün deyək ki, Ermənistan hökuməti minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etmişdi. Buna səbəb kimi isə xəritənin ümumiyyətlə olmadığı göstərilmişdi. Boris Avaqyanın belə bir iddiası isə əslində xəritə məsələsi ilə bağlı etirafdır. Bu informasiya göstərir ki, ermənilər minalanmış ərazilərin xəritəsini verməkdən qəsdən imtina edib. Bir çox beynəlxalq expertlər Ermənistan hökumətinin bu addımını hərbi cinayət adlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top