Agentlik: "Qazi istədiyi sahə üzrə aktivlərlə təmin ediləcək"


Vətən müharibəsi qazisi, Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini Nəzirli Bəhram Hüseynəli oğlunun Ağstafa Rayon İcra Hakimiyyətinin laqeydliyindən və məşğulluq proqramı çərçivəsində ona təsərrüfatın yaradılmamasından narazılığı barədə xəbər vermişdik.
Dövlət Məşğulluq Agentliyindən Yeniavaz.com-a verilən məlumata əsasən qazinin müraciəti araşdırılıb:
“Ağstafa rayon Qıraq Kəsəmən kənd sakini Vətən müharibəsi qazisi Nəzirli Bəhram Hüseynəli oğlunun müraciəti araşdırılıb. Vətəndaş yanvar ayında iribuynuzlu heyvandarlıq sahəsi üzrə özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib. Onun müraciətinin faydasız olması ilə bağlı fikir doğru deyil. Dövlət Məşğulluq Agentliyin 22 saylı Ərazi məşğulluq mərkəzinin əməkdaşları qazinin evində olub. Vətəndaşın təsərrüfatına baxış keçirilib, qeydiyyatı aparılıb. İstədiyi sahə üzrə aktivlərlə təmin ediləcək”.

DİGƏR XƏBƏRLƏR

Top