Deputat gizli toy edənlərə haqq qazandırdı: "Düz edirlər..."


"Biz cərimələr müəyyən etmişik. Ancaq qaydaları sərt şəkildə tətbiq etməklə, heç bir yeri qapatmama, polis postlarını qoymamaqla, rayonlara giriş-çıxışı qadağan etməməklə, sadəcə, bir-bir cərimələri tətbiq etməklə məsələni həll etməliyik. Əhalinin gəlir səviyyəsi aşağı düşdüyü bir durumda problem yaradacaq addımlar atmamalıyıq. Buna yol vermək olmaz, çünki yoxsullaşmaq ziyandir, əhalini düşünmək lazımdır. Onsuz da yoluxma kütləvi xarakter daşıyır, hər kəs bu və ya digər formada yoluxur. Xəstəlikdən sağalmaq olur, amma yoxsulluqdan “sağalmaq” olmur".
Yeniavaz.com
xəbər verir ki, bunu deputat Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb.
Deputat gizli şəkildə toy, yas mərasimləri keçirənlərlə bağlı münasibət də bildirib: “Düz edirlər, başqa nə etməlidirlər? Çox adam yığmaq olmaz, əvvəllər şöhrətpərətslikdən edirdilər bunu. Amma qadağalar edəndə sosial problem yaradır. Heç olmasa deyilməldir ki, 20 nəfərlik toya icazə verilir. Verilmirsə, insanlar nə etməlidir?! İnsan gizli formada edəcək də... Bu da iqtisadiyyat kimidir. Necə ki, əvvəllər sovet dövründə də xarici ölkələrin paltarlarını geyinməyi qadağan edirdilər. Hamı qara bazardan, ”Kubinka"dan paltar tapırdı. Qadağan edəndə bilməlisən ki, insanlar onu hansısa formada əldə edəcəklər".

DİGƏR XƏBƏRLƏR

Top