Düşmənin xeyli canlı qüvvə və texnikasını məhv edən qəhrəman - Şəhid Asəf Əsgərov - VİDEO


Hər zaman torpaqlarımızın işğaldan azad ediləcəyi döyüşlərdə iştirak etmək arzusunda olduğunu bildirib. Bu istəyinə nail olmaq üçün də hərbçi olmaq qərarına gəlib. Haqqında danışdığımız qəhrəmanımız Bərdədən olan şəhid Asəf Əsgərovdur. O, vətən müharibəsinin 3-cü günündə Talış istiqamətində şəhidlik zirvəsinə yüksəlib.

Ən böyük arzusu torpaqlarımızın işğaldan azad ediləcəyi döyüşlərdə iştirak etmək idi, arzusuna da çatdı.

Söhbət Bərdənin Mustafaağalı kəndindən olan 30 yaşlı şəhid Asəf Əsgərovdan gedir. Asəf orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Sonra isə hərbiyə olan sevgisi səbəbindən gizir rütbəsində orduda xidmətini davam etdirib. 11 ildən artıq Silahlı Qüvvələrdə xidmət edən Asəf Əsgərov hər zaman nümunəvi xidməti ilə fərqlənib. O, bir neçə dəfə orden və medallarla təltif edilib. 2016- cı ildəki aprel döyüşlərində də şücaəti ilə seçilib.

Asəf Vətən Müharibəsinin ilk günündən Talış və Suqovuşan istiqamətində döyüşlərə qatılıb. Düşmənin müdafiə xəttinin yarılmasında tank komandiri kimi xüsusi qəhrəmanlıq göstərib. O dəqiq atəşlə düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. Asəf sonuncü dəfə sentyabrın 29-da ailəsi ilə əlaqə saxlayıb. Elə həmin gecə də Talış istiqamətində şəhidlik zirvəsinə yüksəlib.

Qızğın döyüşlərin getdiyi ərazidən onun nəşini götürmək çətin olduğundan ölümündən 13 gün sonra, oktyabrın 12- də doğulub boya-başa çatdığı kənddə dəfn edilib.

İki oğul atası olan Asəf Əsgərov ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top