Bakıda ad günü məclisindən çıxan həkimlər qəza törətdi - ölən və yaralananlar var


Baknın Binəqədi rayonunda ağır yol qəzası baş verib.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Zaur Əlizadə idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman Bakı-Sumqayıt şossesində körpünün üzərindən avtomobili aşırıb.
Qəza nəticəsində sürücü Z.Əlizadə, sərnişin 26 yaşlı Emin Əliyev ağır xəsarət alıb. Digər sərnişin Şahin Məmmədov hadisə yerində ölüb. 

Qeyd edək ki, yaralılar Zığda yerləşən Modul Tipli Xəstəxananın həkimləridir. Onlar sonuncu dəfə Z.Əlizadənin doğum günü məclisindən çıxıblar.

DİGƏR XƏBƏRLƏR

Top