Slovakiyanın səhiyyə naziri istefa verib - Rusiya istahsalı peyvəndə görə


Koronavirus pandemiyasına qarşı mübarizənin təşkilində hökumət səviyyəsində böhran yaşanan Slovakiyada səhiyyə naziri Marek Krayçi tutduğu vəzifədən istefa verib.

AZƏRTAC xəbər verir ki, M. Krayçi hökumətdə təmsil olunan iki partiyanın şərtləri əsasında bu addımı atdığını elan edib. Dörd partiyadan ibarət koalisiyalı hökumətdə təmsil olunan “Azadlıq və Həmrəylik“ və “İnsanlar naminə“ partiyaları səhiyyə nazirinin istefa verməyəcəyi təqdirdə, hökuməti tərk edəcəklərini bəyan etmişdilər.

M. Krayçi istefasını “məsuliyyət aktı“ və hökumətin fəaliyyətinin qorunması üçün addım kimi dəyərləndirib. İstefa tələbinə səbəb kimi isə Rusiya istehsalı olan “Sputnik V“ peyvəndinin alışı və tətbiqi göstərilib.

Slovakiyanın Baş naziri İqor Matoviç hökumətdə təmsil olunan partiyaların səhiyyə nazirini istefaya məcbur etməsini “koalisiya tərəfdaşlarının qeyri-əxlaqi qərarı“ adlandırıb və Krayçin vəzifə başında qalaraq “Sputnik V“ peyvəndi ilə vaksinasiya kampaniyasını həyata keçirməlidir.

Qeyd edilməlidir ki, hazırda slovak hökuməti koronavirus böhranının idarə edilməsi ilə bağlı ciddi tənqidlə üzləşib. Ölkə əhali sayına görə nisbətdə dünya üzrə həm yoluxma, həm də ölüm statistikasında ən ön yerlərdən birini tutur.

DİGƏR XƏBƏRLƏR

Top