Mxitaryan zədələndi, oyunu davam etdirə bilmədi


İtaliyanın "Roma" klubunun futbolçusu Henrix Mxitaryan zədələnib.

Erməni yarımmüdafiəçi Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə Avropa Liqasının ilk 1/8 final matçı zamanı xəsarət alıb.

31-ci dəqiqədə ayağından zədə alan 32 yaşlı futbolçu oyunu davam etdirə bilməyib və 4 dəqiqə sonra Borxa Mayoralla əvəzlənib.

Hazırda görüşdə 2-ci hissə oynanılır və ev sahibi "Roma" 1:0 hesabı ilə öndədir.

Qeyd edək ki, Henrik Mxitaryan 2010 - 2013-cü illərdə Donetsk təmilçisinin formasını geyinib.//report

DİGƏR XƏBƏRLƏR

Top