Azərbaycan Xarici işlər Nazirliyi Los-Anceles Ali Məhkəməsinin Türkiyənin bu şəhərdəki Baş konsulu Kamal Arıkanın qatili olan erməni terrorçu Hambiq Sassounianı azad etməsinə münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, məsələ barədə XİN-in tvitter hesabında paylaşım edilib.
“Diplomatı qətlə yetirmiş və islah olunmamış terrorçu H.Sassounianın sərbəst buraxılması çox səhv bir addım, bir mesajdır. Bu, xüsusilə dünyanın ən böyük diplomatik korpuslarından biri olan dövlətdə diplomatiyanın maraqlarına zərər verəcəkdir.
1982-ci ildə Los-Ancelesdə öldürülən Kamal Arıkana hörmətlə…”