Avropa Liqası: "Ayaks"dan darmadağın, "Mançester Yunayted" qələbəni əldən verdi


UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

Günün ilk 4 oyunundan yalnız birində meydan sahibləri qalib gəlib.

"Ayaks" Niderlandda İsveçrə "Yanq Boyz"unu darmadağın edib - 3:0.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış İspaniya "Vilyarreal"ı Ukraynanın paytaxtı Kiyevdə "Dinamo" üzərində inamlı qələbə qazanıb - 2:0.

"Mançester Yunayted" İngiltərədə İtaliya "Milan"ı üzərində qələbəni son dəqiqələrdə əldən verib - 1:1.

Eyni hesablı nəticə Çexiyanın paytaxtı Praqada "Slaviya" ilə Şotlandiya "Reyncers"i arasındakı görüşdə qeydə alınıb.

11 mart

Avropa Liqası

1/8 final mərhələsi, ilk oyunlar

21:55. "Slaviya" Praqa (Çexiya) - "Reyncers" (Şotlandiya) - 1:1

Qollar: Nikolae Stançu, 7 - Filip Helander, 36

21:55. "Mançester Yunayted" (İngiltərə) - "Milan" (İtaliya) - 1:1

Qollar: Amad Diallo, 50 - Simon Kyaer, 90+2

21:55. "Dinamo" (Kiyev, Ukrayna) - "Vilyarreal" (İspaniya) - 0:2

Qollar: Pau Torres, 30. Raul Albiol, 52

21:55. "Ayaks" (Niderland) - "Yanq Boyz" (İsveçrə) - 3:0

Qollar: Devi Klaassen, 62. Duşan Tadiç, 82. Brayan Brobbi, 90+2

Günün daha 4 görüşü Bakı vaxtı ilə saat 24:00-da başlanacaq. Cavab oyunları isə martın 18-də olacaq.//report

DİGƏR XƏBƏRLƏR

Top