İndoneziyada avtobus dərəyə yuvarlandı - 27 nəfər öldü


İndoneziyada içərisində tələbə və valideynlərin olduğu avtobusun dərəyə yuvarlanması nəticəsində ən az 27 nəfərin öldüyü, 39 nəfərin yaralandığı bildirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İndoneziya Nəqliyyat Naziliyi tərəfindən məlumat verilib. Məlumatda deyilir ki, hadisəyə səbəb səyahətdən qayıdan avtobusun sürücüsünün idarəetməni itirməsi olub. Bəzi şahidlərin sözlərinə görə isə qəzaya səbəb avtobus əyləcinin işləməməsi olub.
Qeyd edək ki, İndoneziya polisi məsələ ilə bağlı istintaq işi başladıb.

DİGƏR XƏBƏRLƏR

Top